62ad81212c9be_lift

Bakıda çoxmərtəbəli binanın lifti qırıldı: xəsarət alanlar var

<p><b>Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var.</b></p><p>Kanal.az&nbsp;Report-a istinadən xəbər verir ki, hadisə iyunun 17-si saat 22 radələrində paytaxtın Nizami rayon ərazisində yerləşən “Yeni Ev 7” MTK-ya məxsus çoxmərtəbəli binada qeydə alınıb.</p><p>Belə ki, hərəkətdə olan lift qırılaraq şaxtaya çarpılıb. Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.</p><p>Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.</p>