Bakıda azyaşlı qızdan ağlasığmaz hərəkət - Yarımtikilidə İnstaqramda tanış olduğu oğlanla...
Bakının Xəzər rayonunda 1998-ci il təvəllüdlü Azad sosial şəbəkədə tanış olduğu yetkinlik yaşına çatmayan Sona (adlar şərti verilib - red.) ilə cinsi əlaqədə olub.
Kanal.az bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 2023-cü il yanvarın əvvəllərində Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Azad həmin qəsəbəsə fərdi nömrəsiz evdə sevgi münasibətində olduğu 16 yaşına çatmayan Sona ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Azadın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azad elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 4 aya yaxın müddətdə "İnstaqram" tətbiqində Sona adlı qızla tanış olub, bir neçə vaxt onunla danışdıqdan sonra qərara gəlib ki, görüşüb yaxından tanış olsunlar:
"Sona ilə bir neçə dəfə görüşdük və söhbət etdik. Aramızda isti münasibət yarandı. Təxminən həbs edilməmişdən bir ay əvvəl Sona ilə qəsəbədə qiyabi tanıdığım şəxsin yarımtikili həyət evinə getdik. Orada hər ikimiz qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olmaq qərarına gəldik. Sonra Sonanın razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə oldum".
Təqsirləndirilən şəxs qeyd edib ki, bu hadisədən bir müddət sonra Sona evdən qaçıb və onun yanına gəlib: "Binə qəsəbəsində görüşdük, bir neçə dəqiqə küçədə söhbət etdik. Sonanın azyaşlı bacısı da yanımızda idi. Sonaya dedim ki, evinə qayıt. Sona mənə söz verdi və evinə gedəcəyini dedi. Sonradan eşitdim ki, 2 gün evə getməyib və başqa yerdə qaldığı üçün atası polisə müraciət edib".
Azad deyib ki, evdən qaçan günü Sona onunla görüşüb və mübahisə edib ki, guya onu başqa qızlarla görüb: "Bu səbədən dalaşaraq qısqanclıq etdi. Mən isə ondan ayrılmaq niyyətimin olduğunu söylədim, evə getməsini tələb etdim".
İş üzrə zərərçəkmiş Sonanın sözlərinə görə, ata-anası ilə birlikdə yaşayır: "Təxminən 3-4 aya yaxındır, "İnstaqram" şəbəkəsi vasitəsi ilə Azad adlı oğlanla tanış oldum. Bir neçə vaxt sosial şəbəkədə danışdıq, bir-birimizi tanıyandan sonra qərara gəldik ki, görüşək. Təxminən bir neçə gün öncə Azad yaşadığım evin yaxınlığına gəldi. Onunla bir neçə dəqiqə söhbət edib bir-birimizi tanıdıq.
Sonradan Azadla Binə qəsəbəsində ünvanı dəqiq tanımadığım evdə görüşdük. Azad bildirdi ki, ev tanışının evidir. Orada öz razılığımla, Azadı sevdiyim üçün onunla qeyri-təbii yolla cinsi əlaqədə olduq. Bu hadisə evdən getməsindən təxminən bir ay əvvəl, 2023-cü il yanvar ayının əvvəllərində olub. Həmin vaxt birinci dəfə qeyri-təbii yolla cinsi əlaqədə oldum. Bundan sonra Azadla aramızda dərin sevgi münasibəti yarandı".
Zərərçəkmiş qeyd edib ki, bundan sonra Azadın başqa sevgilisinin olduğunu düşündüyü üçün səhər saat 4 radələrində bu barədə onunla söhbət etmək üçün yaşadığı evdən gedib: "Qaranlıqda tək evdən getməyim deyə balaca bacım Zəhranı da özümlə götürdüm. Binə qəsəbəsində 160 saylı avtobusun sonuncu dayanacağında Azad ilə söhbət etdim. Dalaşaraq ona etirazımı bildirdim ki, nəyə görə başqa qızlarla yazışırsan. Azad isə sevgilisinin olmadığını dedi, evə qayıtmağımı istədi. Mən də yalandan qayıdacağımı söylədim. Azaddan ayrıldım və Binə qəsəbəsi ilə getməyə başladım. Lakin bacımla valideynlərim tərəfindən cəzalanacağımızdan qorxaraq evə getmədik. Qəsəbədə yarımçıq tikiliyə daxil olaraq oarada gecələdik".
Sona qeyd edib ki, səhər açıldıqdan sonra Samirə adlı rəqs yoldaşının evinə gediblər: "Samirəyə və valideynlərinə dedim ki, anamızın rəhmətə gedəni var, rayondadılar. Bir gün onlarda qaldıq, iki gün yarımçıq tikilidə gecələdik. Sonrakı günlərdə çarəsiz qalaraq evə qayıtdım".
Zərərçəkmiş deyib ki, Azadı sevir, Azad da onu sevir və ona qarşı hər hansı zor tətbiq etməyib. Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti olmadığını bildirib.
Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.
Azad 1 il müddətinə azadlıqdan məhrum edilib.
- Ölkə
- 28 Yanvar 2024