640b5196d7a10202303234942

Bakıda atışmada Şeyxin bacısı oğlu vurulub? - İDDİA / FOTO


Xəbər verdiyimiz kimi, Bakı Dövlət Sirkinin yanında atışma baş verib. 

Redaktor.az "Sherg.az"a istinadla bildirir ki, atışmada vurulanlardan biri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bacsı oğludur. Qətlin sifarişçisi kimi krimnal avtoritet Nicat Lənkəranski olduğu söylənilir.

İddiaya görə, "brilyant" ləqəbiylə tanınan Nicat Lənkəranski hazırda Türkiyədə yaşayır.

Qeyd edək ki, silahlı insident nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən vurğulanıb ki, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.