665d67f4e947d202406245132

Badımcan bu xəstəliklərin dərmanı imiş

Badımcanın tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkərlə yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da var. Tərkibində olan vitaminlər bir çox xəstəliklərin qarşısını alır.


Milli.Az metbuat.az-a istinadən badımcanın faydalarını təqdim edir:


- Tərkibindəki fenolik birləşmələr sayəsində sümük sağlamlığını gücləndirir


- Anemiyanın müalicəsində faydalıdır


- Ürək sağlamlığını gücləndirməyə kömək edir


- Müntəzəm yeyildikdə LDL (qan xolesterin) səviyyəsinin tarazlanmasına təsir göstərir


- Xərçəng riski olanlarda mümkün şiş böyüməsinin qarşısını alır


- Qaraciyəri müəyyən toksinlərdən qorumağa kömək edir.


- Badımcan iştahı azaldan və toxluq hissini artıran bir quruluşa malikdir. Beləliklə, arıqlamaq istəyənlər üçün son dərəcə faydalıdır.