64d3e2af40547202308230207

“Baboş” ləqəbi ilə tanınan Babək Cabbarov həbs edildi - SƏBƏB

“Tik Tok”da “Baboş” ləqəbi ilə tanınan Babək Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb.


Kanal.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.


Məhkəmənin qərarı ilə B.Cabbarov 15 sutka müddətinə inzibati qaydada həbs edilib.