Rusiya “Azovstal”dakı hərbçiləri niyə sərbəst buraxmır? - Açıqlama

"Azovstal” müdafiəçiləri niyə təslim oldu? – Zelenskidən AÇIQLAMA

Onlar birmənalı olaraq qəhrəmandırlar. Xüsusi vurğulamaq istəyirəm ki, orda 400 sərhədçi, çoxsaylı milli qvardiyaçı, desant, hətta Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndələri, adi insanlar var. Onlar Mariupolu qorudular. Bizim pilotlarımızdan çoxu qəhrəmanlıqla həlak oldu.

Kanal.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski tele-marafonda deyib.

O bildirib ki, beynəlxqlq partnyorlarla Mariupol müdafiəçilərinin xilası haqda razılaşıb:

“Əvvəlcə şəhərin mühasirəsinin hərbi yolla yarılması üçün müttəfiqlərdən silah istədim. Sonra hərbi kanallarla siqnal verildi ki, onlar çıxsalar (təslim olsalar – red.), həyatları qorunacaq.

Bundan sonra hər şey BMT, Qırmızı Xaç və Rusiyadan asılıdır. Bu və ya digər formada əsirləri dəyişməyi gözləyirik. Onları evlərinə gətirəcəyik”.

Qeyd edək ki, Rusiya müdafiə naziri Şoyqu “Azovstal” zavodu ərazisindən 2439 nəfərin təslim olduğunu bildirib. Onların içərisində olan ağır yaralılar Rusiyanın nəzarətində olan ərazilərdəki xəstəxanalara yerləşdirilib.