“Azərbaycansız gələcəyimiz yoxdur”: Ermənilər İrəvanı sülh müqaviləsi imzalamağa çağırır - VİDEO
2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan ordusunun qələbə qazanmasından sonra regionda formalaşan yeni reallıqlar erməniləri yavaş-yavaş ayıldır. Ağır məğlubiyyətdən 2 ildən çox keçəndən sonra ermənilər anlamağa başladılar ki, Azərbaycansız onların iqtisadi gələcəyi yoxdur.
Bu yaxınlarda İnternetdə erməni KİV-lərinin jurnalistləri Ermənistanın şimal və cənubunda yerləşən kəndlərin sakinləri arasında onların necə yaşadıqları ilə bağlı sorğu keçirən video yayılıb. Bu sərhəd kəndlərində yaşayan ermənilər guya azərbaycanlıların onların sülh şəraitində yaşamasına imkan vermədiyinə dair İrəvanın miflərini ifşa ediblər. Əksinə, Azərbaycanla mehriban qonşuluq şəraitində yaşamaq istəyirlər.
"Əgər biz onları narahat etməsək, onlar da bizi narahat etməzlər. Bəziləri deyir ki, azərbaycanlılar Ermənistan ərazisindədir. Bu yalandır, öz ərazisindədir, bu onların torpaqlarıdır və doğrudur. Bizim və azərbaycanlıların postları hər biri 5 metr aralıdadır ve bu vaxta kimi Azerbaycan hərbi heyəti bizi narahat etməyib və problem yaratmırdı. Biz hər zaman rahat şəkildə torpaqlarımızı becəririk. Bu gün, təbii ki, mən sülh erasının açılmasının tərəfdarıyam. Mən uzun illərdir mexanizator işləyirəm, azərbaycanlılarla işləyirdim və həmişə yaxşı münasibətimiz olub", - deyə sərhədyanı kəndlərdən birinin sakini xatırlayır.
Aravus kəndinin nümayəndələrinin sözlərinə görə, əmin-amanlıq olmasa, burada şərait də olmayacaq. Ermənistan hakimiyyətinin heç bir addım atmaması və gənclərin bu əraziləri tərk etməsi onların xoşuna gəlmir, çünki burada gələcək yoxdur: "Əsas odur ki, sülhdür. O günlərdə (birinci Qarabağ müharibəsindən əvvəl - red.) biz Azərbaycanlılarla sülh şəraitində yaşayırdıq. Ermənistan hakimiyyəti söz verdi ki, sülh erası gələcək, amma biz bunu hələ görmürük, artıq onlara inanmırıq. Hökumət bizi azərbaycanlılarla yenidən dostlaşdırmaq üçün əlindən gələni etməlidir".
Öz növbəsində, əhalisi əsasən heyvandarlıq, bağçılıq və əkinçiliklə məşğul olan Kaçaçkut kəndinin sakinləri qeyd edirlər ki, əvvəllər burada 120 ailə yaşayırdısa, indi onların sayı 70-dən azdır: "İnsanlar ailələri ilə birlikdə Rusiyaya yaşamağa gedirlər. burada həyat yoxdur və heç kim geri qayıtmaq istəmir".
Azərbaycanla həmsərhəd kəndlərin erməniləri etiraf edirlər ki, birinci Qarabağ müharibəsinə qədər azərbaycanlılarla yaxşı yaşayıblar, bir-birlərinə baş çəkiblər. Onların sözlərinə görə, bu gün Azərbaycan Silahlı Qüvvələrinin kəndə daxil olaraq kənd sakinlərini narahat edən bir halı olmayıb.
Bütün bunlar bir daha təsdiqləyir ki, rəsmi İrəvan Ermənistan xalqına işgəncə verir, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını ləngitməyə çalışır. Gördüyünüz kimi, erməni kəndlərinin sadə sakinləri qisas haqqında düşünmürlər, onlar yalnız firavanlıq istəyirlər, lakin Ermənistan hakimiyyəti tamamilə məntiqsiz səbəblərdən bunun qarşısını alır. Artıq hamıya məlumdur ki, sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin açılması Ermənistanın iqtisadiyyatını köçəryanlar, sarkisyanlar və s.-lərin yürütdüyü işğalçı siyasəti nəticəsində 30 ildən artıqdır ki, davam edən "ölü" vəziyyətdən çıxaracaq.
Ermənistan hakimiyyəti öz əhalisinin istəkləri barədə düşünməlidir, çünki Cənubi Qafqazda kommunikasiyaların açılması investisiyalar, meqalayihələr, ticarət deməkdir. Bunun sayəsində Ermənistan cəmiyyəti boş soyuducu və quduz təbliğat əvəzinə 30 ildir onların gözünü oxşayan, acınacaqlı iqtisadi vəziyyətə görə boş qalan soyuducunun dolmasını alacaq. Pul nəhayət, ölkədə yayılmağa başlayacaq, insanlar normal yaşayacaq. Nəticədə regional təcrid, blokada və cari parçalanmış vəziyyətə gətirən həmin sindromlar və miflərddən qurtulmaq üçün cəmiyyət üçün bir müalicəyə səbəb olacaq. İlk olaraq bunu yəgin ki 24/7 azərbaycanlılara qarşı nifrət təşviq edən televizorları olmayan sərhəd kəndlərinin sakinləri anladı. /Day.az/
- Dünya
- 03 Mart 2022