
Azərbaycanın ən varlı kəndi: Burada pulun içində "üzürdülər" - VİDEO
1. Sarıbaş kəndi, Qax Sarıbaş kəndi dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, İlisu kəndindən 7 km şimal-qərbdə, Əyriçayın hövzəsində yerləşir. Qışı sərt, yayı isə sərt-mülayimdir. Yüksək dağlarla əhatə olunub.
2. Cek kəndi, Quba Cek kəndi Baş Qafqaz silsiləsinin yamacındadır. Qubanın 43 kilometr cənub-qərbində, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalaxudat kəndləri ilə əhatə olunub. 2009-cu ilin oktyabr ayının əvvəllərində baş vermiş torpaq sürüşməsi ilə Qudyalçayın qarşısının kəsilməsi nəticəsində göl yaranıb. Bu gölü ceklilər "İşğın" gölü adlandırırlar. "İşğın" cek dilindən tərcümədə "torpaq sürüşməsi" deməkdir.
3. Qalacıq, İsmayıllı Kənd rayon mərkəzindən 30 km şimal-qərbdə, dağ ətəyində yerləşir. Qalacıq yaxınlığındakı çayın sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd əhalisinin sayı 2502 nəfərdir. Onu da qeyd edək ki, məşhur "Ögey ana" filmi bu kənddə çəkilib.
4. Parakənd, Gədəbəy Kənd Gədəbəydən 15 km aralıda, dağların qoynunda yerləşir. Burada 2 minə yaxın insan yaşayır. Kənd sakinləri əsasən maldarlıq və əkinçiliklə məşğul olur. Parakənd Çaldaş, Leşkər və Daryurd kəndləri ilə qonşudur. İllər əvvəl burada zəngin insanlar yaşadığı üçün kəndin adı Parakənd qalıb.
5. Siyov, Lerik Meşələrlə əhatə olunmuş dağların qoynunda yerləşən kəndlə bağlı, təəssüf ki, internetdə məlumat azdır. Siyov kəndi ilə bağlı vikipediyada qeyd olunur ki, burada xüsusilə Taxus baccata iynə yarpaqlı ağacları geniş yayılıb.
- Maraqlı
- 01 May 2025