“Azərbaycanda on minlərlə könüllü Türkiyəyə getmək istəyir. Azərbaycanlılar qardaşlıq dastanı yazır”.
Kanalaz xəbər verir ki, Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması adlı dərnəyin könüllüləri Cnn türk-ə belə açıqlama verib. Dərnəyin nümayəndələri bildiriblər ki, onlar könüllü iş adamları olaraq illərdir Azərbaycanda işləyirlər. Zəlzələrdən sonra onlar dərnək quraraq, azərbaycanlıların yardımlarını Türkiyəyə çatdırmaqda vasitəçi olublar. Kampaniya əvvəlcə 11 iş adamının dəstəyi ilə başlayıb. İndi isə kampaniyaya Azərbaycanda işləyən çox sayda türk iş adamı dəstək verir.
Dərnək nümayəndələri qeyd ediblər ki, yardımların toplanmasında və Türkiyəyə göndərilməsində Azərbaycan hökuməti onlara hər cür şəraiti yaradıb. Onlar bildiriblər Azərbaycan xalqı Türkiyə üçün səfərbər olub.