678f2067a12fe202501251951

Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə vəfat etdi - FOTO

Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun qızı Zöhrə İsmayılovanı avtomobil vuraraq öldürüb.


Kanal.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə yanvarın 20-də səhər saatlarında Mərdəkan-Zağulba avtomobil yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.


Yolu keçmək istəyən 40 yaşlı Zöhrə Faiq qızı İsmayılovanı avtomobil vurub. Sürücü yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına (Sabunçu xəstəxanası) çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Ali təhsili Z.İsmayılova 4 nömrəli xüsusi internat məktəbində müəllimə işləyirmiş. Hadisə o, işə getmək üçün avtobus dayanacağına keçmək istəyən zaman baş verib.


Z.İsmayılovanın 3 övladı var.


Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə HƏLAK OLDU