hüzür

Azərbaycanda sabiq nazir vəfat etdi

Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev vəfat edib.

Kanal.az Teleqraf.com-a istinadla xəbər verir ki, o, 81 yaşında dünyasını dəyişib.

Mərhum sabah Gəncədə torpağa tapşırılacaq.

Qeyd edək ki, Müzamil İmran oğlu Abdullayev 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

Müzamil Abdullayev 1941-ci ildə Gəncə şəhərində anadan olub. 1996-ci ildə “Surət Hüseynov olayı”na görə vətənə xəyanət ittihamı ilə təqsirləndirilən eks-nazirə əvvəlcə ölüm hökmü kəsilib, sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Daha sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə isə ölkə başçısının əfv fərmanı ilə azadlığa buraxılıb.