Azərbaycanda internetlə bağlı YENİLİK: Operatorlar birləşdirilir

  • Ölkə
  • 14 Fevral 2022
620a007a9159a_1200x675_Depositphotos_20035055_xl-2015

Azərbaycanda internet xidmətlərinin fəaliyyəti tez-tez tənqid olunur. İstifadəçilər ölkə ərazisində internetin zəif olduğunu, ciddi problemlərin yaşandığını qeyd edirlər. Son günlər isə sosial şəbəkələrdə yayılan məlumatlarda ölkədə internet paylanmasına bir həftəlik məhdudiyyət tətbiq ediləcəyi iddia olunur.

Kanal.az xəbər verir ki, nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan xəbərlər şayiədən başqa bir şeydir:

“Azərbaycanda internetin verilməsinə hər hansı məhdudiyyətlər tətbiq edilməyəcək. Bununla bağlı hazırda heç bir müzakirə və səbəb yoxdur. Ölkənin internet şəbəkəsi ilə əlaqədar aktual yenilik sadəcə Bakı Telefon Rabitəsi MMC (Baktelecom) və “Aztelekom” MMC-nin birləşdirilməsi prosesidir. Operatorların birləşdirilməsi davam edir, bu, başa çatdıqda ictimaiyyətə məlumat veriləcək”.

Oxşar xəbərlər