Azərbaycanda gözəllik yarışmasının keçirilməsinə icazə verilmədi -VİDEO
“Best model”in təşkilatçısı Erkan Özerman yarışmanın bu il Azərbaycanda keçirilməsinə razılıq verməyib.
Bununla bağlı müsabiqənin milli direktoru Elxan Paşayev “Elgizlə İzlə” verilişində danışıb.
Bundan sonra proqrama Parisdə müalicə olunan Erkan Özerman telefonla bağlanıb. O, bu addımı atmağının səbəbini açıqlayıb:
“Mən Azərbaycanda “Best model”in ən yaxşılarını, uğurlularını məşhur sənətçilər, mühüm şəxslərlə etdim. Azərbaycan mənim üçün çox önəmlidir. Sizin ölkənizdən çıxan birincilər böyük ödüllər qazandı. 36 il ərzindəki işlərdən çox məmnun idim. Keçən il də bir müsabiqə oldu. Lakin bu il üçün kiməsə icazə verib, müqavilə imzalamadım.
Eşitdiyim qədəri ilə ötən il yarışmanı edən şəxs heç bir icazə almadan müsabiqəni elan edib. Mənimlə və vəkilimlə danışdı. Dedik ki, niyə bizim icazəmiz olmadan başladın. Gələrsən, danışarıq, istədiyimiz şəkildə edəcəyindən əmin olandan sonra biz sənə bu haqqı verərik. Lakin danışmadan öz-özünə anons edib, bunu etməyin yanlışdır. Ona görə də etdiyin yarışma keçərli olmayacaq. O da bizdən möhlət istədi ki, iyunun 15-nə qədər Türkiyəyə gəlib, sizinlə görüşəcəyəm. Ayın 16-da zəng edib soruşarsız ki, məndən icazı alıbmı. Alıbsa, yarışmasını edər. Əks halda, onun müsabiqəsi keçərli olmaz, modeli dünya yarışında yer almaz. Biz də başqa yollarla Azərbaycanın yarışa qatılması üçün əlimizdən gələni edərik”. / Olay.az
- Şou biznes
- 11 İyun 2023