660671400e71a202403244400

Azərbaycanda evli kişi xalası qızı ilə sevgili oldu, onun qızı ilə isə... – Şok təfərrüat

iyulun 12-də, saat 17-18 radələrində azyaşlı övladı ilə evdə tək olarkən həmkəndlisi Musa gəlib və anası Sevilin evdə olub-olmadığını soruşub: "Anamın toy məclisində olduğunu bildirdim, qapını bağlayıb evə girdim. Təqribən 30 dəqiqə sonra Musa yenidən gəlib, birbaşa evə daxil oldu. Həmin vaxt sərxoş idi. Bədənimin müxtəlif nahiyələrinə toxundu. Mən qaçmaq istədikdə isə qolumdan tutudu. Müqavimət göstərməyə çalışarkən yerə yıxıldım. Azyaşlı övladım da mənimləydi, ac olması səbəbindən ağladı.

Musa bədənimin intim nahiyələrinə toxundu, məni dişlədi. Paltarlarımı əynimdən çıxardı. Amma öz paltarları əynində qaldı. O, boşandığımı əsas gətirdi, mənimlə cinsi əlaqədə olmaq istədiyi söylədi. Mən buna razı olmadım".

Zərərçəkmiş qeyd edib ki, Musaya anası Sevilin gəldiyini deyib: "Bu zaman o, mənə qarşı etdiyi iyrənc hərəkətlərini dayandırdı. Sonra Musanı aldadaraq azyaşlı uşağımın yeməyinin xalamgildə qaldığını dedim, uşağı xalamgilə qoyub qayıdacağımı bildirdim. Bu sözlərdən sonra o, şalvarımı geyinməyimə, evdən çıxmağıma icazə verdi.

Evdən çıxıb dərhal xalamgilə getdim. Musa da arxamca gəlməyə başladı. Yolun yarısından isə çıxıb getdi".

Zərərçəkmiş deyib ki, hadisədən sonra onun sinə və üz nahiyələrində xəsarətlər yaranıb: "Xəsarətlər Musanın məni əlləri ilə tutması və dişləməsi nəticəsində yarandı. Digər nahiyələrimdə hər hansı xəsarət olmayıb".

İş üzrə şahid Sevilin sözlərinə görə, hadisə günü qonşularının qızının toy məclisində olub: "Toydan qayıtdıqdan sonra qızım Səbinə və nəvəmin evdə olmadığını gördüm, narahat olum. Bacıma zəng edərək qızımı soruşdum. Səbinənin övladı ilə birlikdə onlara gəldiyini bildirdi.

Əvvəlcə Səbinənin ərinin ona nəsə etdiyini düşündüm. Bacımgilə getdikdə, qızımın saçının dağınıq, üz nahiyəsində və qolunda xəsarətlər olduğunu gördüm. Ondan nə baş verdiyini soruşdum.

Qızım Musanın evə gələrək məni soruşduğunu, evdə olmadığımı dedikdən bir müddət sonra zorla qapını açaraq evə girdiyini, ona qarşı zorla əxlaqsız hərəkətlər etdiyini bildirdi".

Sevil ifadəsində göstərib ki, Musa ilə qeyri-rəsmi kişi-qadın münasibətlərində olmayıb. Toya gedərkən Musanı yolda görüb: "Mənə əl uzadaraq görüşmək istədi. Lakin sərxoş olduğundan onunla görüşmədim".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Musanın əməli Cinayət Məcəlləsinin 29, 149.2.3 və 29, 149.2.4-cü maddələrindən həmin məcəllənin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsinə tövsif edilib.

Musa Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə təqsirli bilinib. O, 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.