64b2d26dd9d22202307230757

Azərbaycanda arvadından şübhələnən kişi çarpayının altına diktafon qoydu və ... - TƏFƏRRÜAT

Balakən rayonunda arvadının xəyanətindən şübhələnən şəxs onu bıçaqlayıb.

Kanal.az xəbər verir ki, hadisə rayonun Hənifə kəndində baş verib. 1976-cı il təvəllüdlü N. İslamov (soyad şərtidir) həyat yoldaşı, 35 yaşlı R.Musayevaya (soyad şərtidir) bıçaqla ağır xəsarət yetirib. Qadın xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.

Araşdırmalar zamanı hadisənin xəyanət şübhəsinə görə törədilməsi üzə çıxıb. Barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılmış N.İbrahimov ifadəsində deyib: "R.Musayeva ilə 2007-ci ildə evlənmişəm. Həyat yoldaşım 2021-ci ilin yayından Balakəndə bazarın ərazisindəki çörək sexində işləməyə başladı. Həmin ərəfədə həyat yoldaşımın işlətdiyi mobil telefonuna baxdıqda telefonuna daxil olan və çıxan zənglərin silindiyini görürdüm, bu da məndə şübhə yaratdı. Həm də həyat yoldaşım mənə çox soyuq davranırdı, bu da şübhələrimi artırdı. Bu səbəbdən onun kimlərlə əlaqəsinin olub-olmamasını müəyyənləşdirmək qərarına gəldim 2023-cü il yanvarın 6-da səhər öz telefonumun səsyazan funksiyasını açıb yataq otağımızda çarpayının altına qoydum. Bir neçə saatdan sonra telefonumu götürüb səs yazılarını dinlədim. Gördüm ki, səslərdə televiziya proqramlarında danışılanlar səslərlə yanaşı, tanımadığım kişi səsi də var. Lakin həmin şəxsin kim olduğunu bilmədim və bu səbəbdən arvadımın mənə xəyanət etdiyini düşünüb onu cəzalandırmaq qərarına gəldim. Yanvarın 12-də bu haqda düşündüklərimi ona dedim. Səs yazılarını ona dinlədib həmin kişi səsinin kimə aid olduğunu soruşdum. O isə israrla bunu inkar edərək mənə xəyanət etmədiyini bildirdi. Mən də əsəbləşərək başımla onun sifətinə zərbə vurdum. Onun dodağından qan axmağa başladı. O, üzünü tutub çarpayının üstünə yıxıldı. Mən də stolun üstündəki mətbəx bıçağını götürüb əvvəlcə onun gözünə, ardınca çiyninə, daha sonra isə digər nahiyələrinə vurdum".

N.İslamov arvadını bıçaqladıqdan sonra ona kömək etməyə başlayıb və qanını yuyaraq onu xəstəxanaya yola salıb. Özü isə polisə gedərək təslim olub.

Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan bıçaqlanan qadın ərini bağışladığını deyib və ondan şikayətçi olmayıb.

Cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə arvadını bıçaqlayan qısqanc kişiyə 2 il müddətinə həbs cəzası təyin edilib.//News24.az