Azərbaycanda ailə faciəsi: 21 yaşlı hamilə qadın və körpəsi vəfat etdi
Naxçıvanda 21 yaşlı hamilə qadın təcili tibbi yardım avtomobilində ölüb.
Kanal.az bildirir ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü hamilə Məhərrəmova Gülcan İlham qızı üçün təcili tibbi yardım çağrılıb.
O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində yüksək təzyiq səbəbindən dünyasını dəyişib.
Mərhum Babək rayonu Payız kəndində dəfn olunub.
Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.
- Gündəm
- 18 Yanvar 2025