66541bdd16722202405243629

Azərbaycanda 5 gün iş olmayacaq

İyun ayında Milli Qurtuluş Günü və Qurban bayramı ardıcıl olacaq.


Yenisabah.az xəbər verir ki, 15 iyun - Qurtuluş günü, 16 və 17 iyun isə Qurban bayramı qeyd olunacaq.


Əmək Məcəlləsinə əsasən, istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. 15-16 iyun tarixləri şənbə və bazar olduğu və bayram günlərinə düşdüyü üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.


Yəni 15, 16, 17, 18 və 19 iyun - ardıcıl 5 gün qeyri-iş günləridir.