649e2cafbab8a202306231527

Azərbaycanda 23 yaşlı gənci sel apardı - FOTO

Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb.

kanal.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.