65e95811c7353202403240049

Azərbaycanda 18+ film çəkildi: “Qırmızı bibər” – FOTO

İnternetdə Azərbaycanda çəkilmiş yeni erotik film olan “Qırmızı bibər”in 17 saniyəlik treyleri yerləşdirilib.

Oxu.Az xəbər verir ki, treylerdə filmdən açıq-saçıq səhnələr yer alıb.

Qeyd edək ki, filmin rejissoru Nail Naiboğlunun əvvəllər bildirdiyinə görə, film açıq-saçıq səhnələri ilə yadda qalacaq:  

“Bu, ilk filmimdir. Çoxdandır kino çəkməyi arzulayırdım. Bilirəm ki, ekran işi səs-küy yaradacaq. Burada ehtiras, eşq, intiqam var. Filmdə model Sofi Şah (fotolarda) rol alacaq.

Başqa heç bir tanınmış simadan istifadə etməyəcəm. İstəyirəm bütün aktyorları özüm yetişdirim. Gənc aktyorlara müraciət etmişəm. “Təhminə” filmindən sonra reytinq gətirəcək növbəti ekran işi “Qırmızı bibər” olacaq. Etiraf edim ki, erotik səhnələrə yer verəcəyik”.