62ea78c70a9a6202208223151

Erməni KİV: Azərbaycan PUA-sı erməni kazarmasını vurdu - FOTO

Ermənistan KİV-də yayılan məlumata əsasən, Azərbaycan ordusu Kəlbəcərin Heyvalı kəndi istiqamətində (keçmiş Ağdərə - red.) pilotsuz uçuş aparatları (PUA) ilə hücuma keçərək düşmənin hərbi kazarmalarına zərbələr endirib.

Kanal.az oxu.az-a istinadn xəbər verir ki, sözügedən ərazi Sərsəng su anbarının yaxınlığında yerləşir. Erməni KİV-in iddiasına görə, Azərbaycan PUA-sının zərbəsi nəticəsində bir hərbçi ölüb, daha yeddisi yaralanıb.