Azərbaycan Ordusunun hərbçisi həlak oldu
Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.
Bu barədə Kanal.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat Xidmətindən bildirilib.
Faktla əlaqədar Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.
- Ölkə
- 17 Sentyabr 2022