Azərbaycan neftinin qiyməti yenidən 100 dollara ÇATIR
Dünya bazarında Azərbaycan neftinin qiyməti 1,45 ABŞ dolları, yaxud 1,48 % artıb.
Kanal.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli hal-hazırda 99,34 dollara satılır. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
- İqtisadiyyat
- 22 Fevral 2022