
Azərbaycan nefti UCUZLAŞIB
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
Kanal.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,42 ABŞ dolları, yaxud 0,38% azalaraq 110,30 ABŞ dollarına düşüb.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.
- İqtisadiyyat
- 15 Aprel 2022