Azərbaycandan Türkiyəyə köməyə gedən 100-dən çox könüllü gənc artıq Kahramanmaraşa çatıblar.
Lent.az-ın məlumatına görə, APA-nın zəlzələ bölgəsində olan müxbiri Tural Əsədi xəbər verir ki, könüllülər burada, humanitar yardım, logistika və digər lazımi məsələlərdə yardım edəcəklər.
Onların orada qalma müddətləri ehtiyac olana qədərdir.