642813ef0638b202304232223

Azər Vüsaləyə bu xanımla xəyanət edibmiş - Aparıcı Nanə isə...

Azərbaycanda “Ekstra hiss”, Moskvada “Bitva ekstrasensov”, Ukrayna və Qazaxıstanda da eyni adlı verilişlərdə öz görücülük məharəti ilə fərqlənən, Voronejdə “Bitva ekstrasensov” layihəsinin 2011-ci il qalibi, ekstrasens Aqil Məhərrəmov TV məkanımızın tanınmış simaları olan aparıcılarla bağlı şok proqnozlar verib.

Kanal.az  Movqe.az-a istinadla 13 yaşından bu günə kimi 7 dəfə vergi verilən, 2 ay oyanmadan yatan, şou əhli ilə bağlı, xüsusilə Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradova ilə bağlı verdiyi proqnozu təsdiqini tapan ekstrasens Aqil Məhərrəmovun qalmaqallı müsahibəsini ixtisarla təqdim edir.

– Zaur Kamal haqqında danışaq.

– Ona üzük görürəm. Yaxın zamanda evlənəcək və tezliklə də uşağı olacaq. Amma 5/5 layihəsi bağlanacaq.

– Samir Bayramlı çoxdandı görünmür. Görəsən onda da cadu filan var?

– İki oğlan aparıcı ona efirdən uzaqlaşması üçün cadu ediblər.

– Yandırıb-yaxan Zema…

– Zemanın həyatında iki kişi görürəm. Məncə Zemanın ürəyində başqa adamdı, yatağında başqa adam…

 Nanə nə vaxt evlənir?

– Tezliklə evlənəcək. Özündən yaşca böyük biri ilə. Həmin şəxs biznesmendi.

– Zaur və Günay üçün deyirlər ki, şou xətrinə evləniblər. Sizcə, düzdü?

– Xeyr, onlar evləniblər. Sevirlər bir-birini. Amma “Öz aramızda” verilişi bağlanacaq. Zaur haqqında onu deyə bilərəm ki, 6 il tanınmış bir insanla gizli eşq yaşayıb. Amma şou-biznes adamı olmasa da, üzdə olan biri ilə sevgili olub.

– Afaq Gəncəli…

– Həyatında biri var. Ciddi münasibətləri var, amma sonda ayrılıq olacaq. Birinci ailəsi caduya görə dağılıb.

– Azər Vüsalə cütlüyü yenidən bir araya gələcəkmi?

– Azər Vüsalə cütlüyü heç vaxt barışmayacaq. O xəyanəti bağışlamaq olmaz. Mən belə görürəm ki, Azər Vüsaləyə onun rəfiqəsi ilə xəyanət edib. Vüsalə bilir ki, kimdən söhbət gedir. Mən də görürəm. Azər onu sevir. Amma Vüsalə onu istəmir. Vüsalənin həyatında yeni insan görürəm. Azər isə yenidən ailə qursa da yenə dağılacaq.

– Azər Axşam barədə nə deyə bilərsiz?

– Mən belə görürəm ki, Azər Axşama 1-ci həyat yoldaşı və daha bir qadın cadu edib və o cadularını təmizləməsə ölə bilər.

– Son olaraq Elgiz Əkbər haqqında danışaq.

– Elgiz Əkbər ailə quracaq. Amma tez bir zamanda dağılacaq. Elgiz övlad sahibi ola bilməyəcək, elə görürəm.