64637c40b1827202305235112

Aynişan səhnəyə qayıtdı - FOTO

Bir zamanlar müğənnilik fəaliyyəti ilə məşğul olub sənətini yarıda qoyan Aynişan Quliyeva illər sonra səhnəyə çıxıb.

Ötən həftələrdə Orxan Zeynallı “İllər sonra” adlı mahnı təqdim edən influenser reperin konsertində canlı performans göstərib.

Qeyd edək ki, A.Quliyeva musiqi fəaliyyətinə anası, Əməkdar artist Aybəniz Haşımovanın yaratdığı “Bülbüllər” qrupu ilə başlayıb. O, Avroviziyanın milli finalında da yarışıb.

İfaçı həmçinin “O ses Türkiye” yarışmasında iştirak edib. Lakin bir müddət sonra müğənnilik fəalliyətini dayandırıb. İnfluenser hətta müsahibələrində ona “müğənni” deyilməsini istəmədiyini də bildirmişdi. / Olay.az