Xalq artisti Aygün Kazımovadan sevənlərinə daha bir sevindirici xəbər var.
Publika.az xəbər verir ki, Xalq artisti "Qardaşlıq dastanı" adlı konsert proqramında çıxış edəcək. Tədbir mayın 9-da Bakı Konqres Mərkəzində gerçəkləşəcək.
Pop kraliça həmin gün səhnəni Türkiyənin "Alagöz" rəqs ansamblı ilə bölüşəcək.
Böyük konsert Ulu öndər Heydər Əliyevin 101 illik yubileyinə həsr olunacaq. Tədbir İMZA İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilir.