659d382139dc5202401241217

Aygün Bəylərin prodüseri sərt danışdı: "Hər şeyi açsam nə Aynişan, nə da Aybəniz qalacaq"

Mərhum əməkdar artist Aygün Bəylərin prodüseri Sultan Mustafayev müğənninin ölümündən sonra paylaşım edən Aynişan Quliyeva ilə bağlı sərt danışıb.

Kanal.az baku.ws-ə istinadən bildirir ki, prodüser Baku TV-yə bildirib ki, Aynişan üzr istəməsə, onu məhkəməyə verəcək:

"Aygün Bəylər xalqın sənətkarıdır. Aynişan ümumiyyətlə kimdir ki, Aygün Bəylərin qızı üçün nəsə etsin? Əvvəla onu deyim ki, dövlətimiz sağ olsun və bu günə qədər hər şeyi edib. Ümumiyyətlə Aybəniz Haşımovanın Aygün Bəylərə qarşı paxıllığı olub. Çünki ölkədə ilk Şövkət ansamblını Aygün yaradıb. Aynişan sənətkara belə qiymətverən olsaydı, sağlığında gəlib baş çəkərdi. Elə eləməsin ki, bəzi məqamları açım. Hər şeyi açsam nə Aynişan, nə da Aybəniz qalacaq".