6267e4a56082e_2

Avropa ölkəsi mövqeyini dəyişdi: Ukraynaya silah verilməsini təsdiq etdi

Almaniya hökuməti zenit-raket komplekslərinin Ukraynaya verilməsini təsdiq edib.

Kanal.az xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Almaniya ordusunun arsenalında olan və texniki cəhətdən yenilənmiş “Gepard” raketlərinUkraynaya verilməsi təsdiq edilib.

Qeyd edək ki, hava hədəflərinə qarşı təsirli olan bu zirehli texnikalar, quru döyüşlərində də düşmənə qarşı effektli vasitədir. Almaniya buna qədər Ukraynaya dəstək olmadığına görə tənqidlərə məruz qalmışdı.