63f0d78629002202302234958

Ata və qızını eyni məzara dəfn etdilər - Hamını duyğulandıran səbəb/ VİDEO

Malatyada zəlzələdə həyatını itirən yüzlərlə insanın yan-yana basdırıldığı qəbiristanlıqda qırmızı paltoların asıldığı məzardan dram çıxdı. Fehmi Çiçək və 7 yaşlı qızı Elifin ailənin istəyi ilə birlikdə eyni məzarda dəfn edildiyi öyrənilib. Bildirilib ki, ailə üzvləri kiçik qızın sevimli paltosunu məzarın başına asıblar.

Kanal.az xəbər verir ki, Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələ 11 vilayətdə dağıntılara səbəb olub. Son məlumatlara görə, həyatını itirən 1393 nəfər qəbiristanlıqda inşaat texnikası tərəfindən yan-yana açılan məzarlarda yaxınlarının göz yaşları arasında torpağa tapşırılıb. Onların yaxınları tərəfindən məzarların üzərinə şərf, seccade, beret kimi xüsusi əşyalar asılırdı. Bir məzarın başında taxtadan asılan qırmızı uşaq paltosu diqqət çəkib.

Qohumlarının ziyarət etdiyi məzarın Elif Çiçəyə aid olduğu, dağıntılar altından bir-birinə sarılan Elif Çiçək və atası Fehmi Çiçəyin birlikdə basdırıldığı ortaya çıxıb. Ailənin qohumu Ünal Tan: "Kahramanmaraşda baş verən ilk zəlzələdə qohumumuz Fehmi Çiçəyin Çavuşoğlu rayonundakı evi dağıldı. Binanın birinci mərtəbəsində yaşayan Çiçək ailəsindən ata Fehmi qucağında olan qızı Elif ilə bərabər dağıntılar altında ölüb.  Ailə ata və qızının eyni məzarda dəfn edilməsini istəyib. Müfti uyğun gördüyü üçün ata qızı qucağında torpağa tapşırılıb. Yaxınları da Elifin çox sevdiyi qırmızı paltosunu məzarın başındakı taxtaya asıblar. / Turkustan.az