Ata övladının dəfn mərasimində 13 nəfəri güllələdi
Konqoda hərbçi ata övladının dəfn mərasimində 13 nəfəri güllələyib.
Məlumata görə, ölənlərdən doqquzu uşaq olub.
Bildirilir ki, kişi övladına yas saxlamaq məqsədilə toplaşan insanlara atəş açıb. Faciə İturi əyalətinin Albert gölünün sahilindəki Nyakova kəndində baş verib.
Hərbçi törətdiyi əməldan sonra yoxa çıxıb. Hazırda o, axtarışdadır.
Faktla bağlı araşdırma aparılır.
Kişinin insanları öldürməsinə nəyin səbəb olduğu məlum deyil.
Mənbə: RenTV
- Dünya
- 31 İyul 2023