65baa13490ca2202401243620

Artvində azərbaycanlı qadınların başına oyun açdılar: "Sənin işin kişilərlə..."

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Fidan (adlar şərti verilib - red.) üç qadını Türkiyəyə aparıb, orada cinsi istismara məruz qoyub.

Qlobal.net Teleqraf.com-a istinadən bildirir ki, Fidan tanışı olan zərərçəkmişləri - Sevda, Nüşabə və Nərmini işlə təmin edəcəyi adı ilə Türkiyənin Artvin şəhərinə aparıb. Orada qrupun digər üzvü, şəxsiyyəti istintaqla araşdırılan Aqil adlı şəxlə cinayət əlaqəsinə girib.

Həmin qadınların paportlarını əllərindən alıblar, onları "Parabül" hotelinə yerləşdiblər. Hədə-qorxu altında həmin qadınları pul müqabilində kişi müştərilərlə görüşdürüblər.

Qadınların şikayəti əsasında Fidan İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Fidanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.

"Mənə bilet aldılar"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fidan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, təxminən 2021-ci ilin avqust-sentyabr aylarından etibarən işsiz olub: "Azərbaycandan olan İradə adlı tanışım evlənib, hazırda Türkiyənin Artvin şəhərində yaşayır. İşsiz olduğum üçün İradə mənə Artvin şəhərində "Parabül" adlı hoteldə olan restoranında xidmətçi kimi işləyəcəyimi bildirdi. Onun qayınatası Səlim hotelin müdiri idi.

İradə bildirdi ki, yol xərclərini və COVİD-19-la bağlı test xərclərini də özləri ödəyəcəklər. Hoteldə gündəlik 200 türk lirəsi maaş alacaıma söz verdilər. İşsiz olduğum üçün İradə ilə razılaşdım. Hotelin sahibləri mənə bilet aldılar və Bakıdakı tanışları vasitəsilə mənə 100 manat pul göndərdilər.

Təyyarə ilə Naxçıvana getdim. Oradan dа avtomobillə Artvin şəhərinə yollandım".

Fidanın sözlərinə görə, Artvin şəhərində "Parabül" hotelində Səlim adlı şəxs onu qarşılayıb: "Məni hoteldə bir otağa yerləşdirdi. Pasportumu qeydiyyat bölməsinə verdi. Təxminən 20-30 dəqiqə sonra pasportumu özümə qaytardılar. Səlim mənə harada nə işləyəcəyimi izah etdi. Mən də hotelin sahiblərinin dediyi kimi orada xidmətçi kimi işləməyə başladım".

"Sevgilisi ilə hotelə gəldi"

Fidan qeyd edib ki, 2022-ci ilin yanvar ayının əvvəllərinə qədər işlədikdən sonra Azərbaycana qayıdıb: "Bir ay burada qaldıqdan sonra fevral ayının əvvəllərində yenidən Artvin şəhərində "Parabül" hotelində işləməyə başladım. Martın 17-də yenidən Azərbaycana qayıtdım. Oktyabr ayında Тürkiyəyə getdikdə hoteldə qaldım. Təxminən noyabr ayının ortalarında hotel rahat olmadığı üçün pul toplayaraq hoteldən təxminən piyada 12-15 dəqiqəlik məsafədə özümə ev tutdum və ora yerləşdim.

Restoranda iki iş rejimi vardı. Saat 08.00-dan 22.00-a qədər birinci növbə idi. İkinci növbə saat 20.00-dan 03.00-a qədər idi. Mən hər iki iş rejimində işləyirdim.

Zərərçəkmiş Sevdanı uzun illərdir tanıyıram, yaxın rəfiqəm olub. Onun Cahit adlı Türkiyə vətəndaşı olan bir sevgilisi var idi. Onlar birlikdə istirahət etmək məqsədilə işlədiyim hotelə gəldilər. Bir müddət oteldə qaldıqdan sonra getdilər. Sevda hoteldə işləməyib və onun müştəri ilə görüşməsini görməmişəm".

"Aqil Nüşabəni bəyənmədi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş Nüşabəni Bakı şəhərində ad günü məclislərinin birində tanıyıb: "Restoranda işləyən zaman Nüşabə də İstanbul şəhərində fahişəliklə məşğul olurdu. Aqil adlı şəxslə münasibət qurduqdan sonra onunla cinsi əlaqədə olmaq üçün Artvin şəhərinə dəvət etdi. Lakin Aqil Nüşabəni bəyənmədiyi üçün onunla bir neçə gün Səlim qaldı. Onlar cinsi əlaqədə olduqdan sonra Nüşabə oradan getdi. Ondan sonra Nüşabəni görməmişəm.

Nüşabə özü Aqili İradə vasitəsilə tanıyıb. Onları mən tanış etməmişəm. Nüşabəni orada heç kim cinsi istismar etməyib. O özü İstanbul şəhərində bir qadının yanında fahişəliklə məşğul olurdu.

Nüşabə pul qarşılığında Səlimlə görüşüb. Xatırladığım qədəri ilə Nüşabə Səlimlə görüşdükdən sonra bir neçə də gün də həmin hoteldə qalaraq xidmətçi işləyib. Bundan sonra oradan gedib".

"Heç birini cinsi istismar etməmişəm"

Təqsirləndirilən şəxs bildirib ki, Nərminlə məclislərin birində tanış olub: "Nərmin də həmin hotelə işləməyə gəlmişdi. Deyirdi ki, Səlimin dostu Mustafa vasitəsilə gəlib. Nərmin də mənim kimi restoranda xidmətçi kimi fəaliyyət göstərdi.

Aqil Səlimin köməkçisi idi və onun işlərini görürdü. Mən zərərçəkmiş şəxslərdən heç birini cinsi istismar etməmişəm. Onlarla əlaqəm olmayıb".

"Retoranda xidmətçi işləyəcəyimi düşündüm"

İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, təqsirləndirilən Fidanı 2014-cü ildən etibarən tanıyır:

Fidanı təxminən 2021-ci ilin sentyabr ayında rəfiqələrindən birinin ad günü məclisində tanıyıb: "Mobil nömrələrimizi bir-birimizə verdik ki, vatsap vasitəsilə əlaqə saxlayaq. Bir müddət danışdıqdan sonra münasibətimiz daha yaxın oldu. Hərdən zəngləşib danışırdıq.

Fidan bildirdi ki, yaxın vaxtda Türkiyəyə gedəcək, mənə özü ilə birlikdə getməyi və orada restoranda işləməyi təklif etdi. Mən də razılaşdım".

Nüşabə qeyd edib ki, 2021-ci ilin oktyabrın sonunda Fidanın Türkiyəyə getdiyi öyrənib: "2022-ci ilin yanvarında mən də İstanbul şəhərinə getdim. Məqsədim ticarət edib, pul qazanmaq idi. Orada olanda Fidan mənimlə əlaqə saxladı.

Söhbət əsnasında Fidana İstanbul şəhərinə gəldiyimi, satmaq üçün mal alıb geri qayıtmaq fikrində olduğumu dedim. O mənə Artvin şəhərində tanıdığı Aqil adlı şəxsin restoranında işləməyi təklif etdi. Hətta Aqilin mənim yol xərcimi ödəyəcəyini də dedi. Restoranda işlədikdən sonra daha çox mal alaraq Bakı şəhərində sata biləcəyimi bildirdi. Təkliflə razılaşdım.

Fidan mənə Aqilin nömrəsini verdi və onunla əlaqə saxlamağı məsləhət gördü.

Aqil məndən pasportumun şəklini istədi, göndərdim. Bildirdi ki, mənə İstanbuldan Trabzona təyyarə bileti alıb".

soruşdum. O da restoranda işlədiyini dedi.

Həmin zaman karantin rejimi ilə əlaqədar Türkiyəyə gedib orada iş tapa bilmədim. Bakı şəhərində də işsiz qaldığım üçün maddi sıxıntılarım oldu.

Fidan təklif etdi ki, əgər istəsən gəl, yanında işlə. Bildirdi ki, hotelin sahibi Aqil adlı şəxslə yaxın münasibətləri var və həmin şəxsdən məni işə götürməsi üçün xahiş edə bilər. Daha sonra Aqilə bu barədə dediyini, gəlmək üçün heç bir problem olmadığını, hətta bütün yol xərclərinin Aqil tərəfindən qarşılanacağını, daha sonra burada işləyib, həmin pulu ödəyə biləcəyimi bildirdi. Mən də bu təklifi qəbul etdim.

Fidan mənə bir nəfər vasitəsilə 90 manat da pul göndərdi ki, COVİD-19-la bağlı testdən keçim. Daha sonra pasportumun fotoşəklini Fidana göndərdim və mənim üçün bilet aldı".

"Əvvəl Tbilisiyə, oradan da..."

Nərminin ifadəsinə görə, 30 оktyabr 2021-ci ildə Bakı Hava Limanından təyyarə vasitəsilə Tbilisi şəhərinə, oradan da taksi ilə Türkiyənin Artvin şəhərinə birbaşa Fidanın dediyi "Parabül" hotelinə gedib:

"Oktyabrın 30-da axşam saatlarında həmin hotelə çatdım. Orada qarşıladılar, otağa yerləşdirdilər. Hotelin aşağı hissəsində restoran vardı. Həmin restoranda işləyəcəyimi fikirləşdim.

Fidan pasportumu aldı ki, məni hoteldə qeydiyyata salsın. Bir gecə hoteldə qaldıqdan sonra səhəri gün Fidan və Aqillə söhbət zamanı iş barədə suallar verdim. Fidan bildirdi ki, burada işim hotelin restoranına gələn kişi müştərilərlə cinsi əlaqədə olmaqdan ibarət olacaq.

Mən etiraz etdim və xidmətçi kimi işləmək istədiyimi, buraya onun üçün gəldiyimi bildirdim. Aqil və Fidan mənə hədələr gəlməyə başladılar. Mənə hoteldən çıxmağa icazə verilmədi. Pasportsuz da çıxa bilmədim. Aqil və Fidanla razılaşmaq məcburiyyətində qaldım".

"Pulun yarısı mənə çatırdı"

Nərmin deyib ki, оktyabrın 31-dən etibarən Fidan və Aqli onu hotelin restoranına gələn kişi müştərilərlə pul müqabilində görüşdürməyə başlayıblar: "Aqil əsasən mənin qorxudur, hoteldən çıxamağa icazə verirdi. Fidan isə gündəlik olaraq mənimlə restorana gedirdi. Müştəri məni görüb bəyəndiyi halda müştəri ilə danışır, pul barədə razılığa gəlirdilər. Hər müştəridən 1000 türk lirəsi pul alırdı. Həmin pulun 500 lirəsini mənə verirdi. Qalan 500 lirəni isə Aqillə öz aralarında bölüşdürütdülər.

Bu qaydada Fidan məni 3 yanvar 2022-ci il tarixədək kişi müştərilərlə görüşdürüb, onlarla cinsi əlaqədə olmağa məcbur edirdi.

Fidana orada qala bilmədiyimi və evə qayıtmaq istədiyimi bildirdim. O da artıq yaşayış müddətini pozacağımı gördü və mənimlə razılaşdı. Fidanla yanvarın 4-də avtobusla Naxçıvanа, oradan da təyyarə ilə Bakı şəhərinə gəldik.

Bakıya gələndən sonra Fidanla bütün münasibətləri kəsdim. Bir müddət sonra restoranda işləmək üçün İstanbul şəhərinə getdim. Bir müddət sonra yenidən Bakıya qayıtdım.

Bakıda оlarkən Fidan barədə şikayətlər edildiyini eşitdim. Mən də İnsan Alverinə qarşı Mübarizə baş İdarəsinə gələrək Fidanın barəsində şikayət еtdim".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Fidan 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.