Arnold Şvartsenegger qəzaya düşdü - FOTO

  • Dünya
  • 22 Yanvar 2022
Arnold Şvartsenegger

Avstriya əsilli amerikalı kinoaktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger cümə günü Los-Ancelesdə avtomobil qəzasına düşüb.

Kanal.az xəbər verir ki, Şvartsenegger “GMC Yukon” avtomobili ilə evindən bir neçə kilometr aralıda “Toyota Prius” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində aktyor xəsarət almayıb, “Toyota Prius”da olan qadın isə kəllə-beyin travması alıb və xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri və günahkarları barədə hələlik məlumat verilmir.

Oxşar xəbərlər