61edd256823ae_armensarkisyan-768x403

Armen Aşotyan: "Sarkisyan sürüşüb aradan çıxdı"

“Onsuz da ölkəni səthi olaraq idarə edirdi, eyni zəif mətnlə istefa verdi”.

Kanal.az Musavat.com-a istinadən xəbər verir ki, bunu erməni müxalifətçi, “Respublika” partiyasının (sədr Serj Sərkisyan) nümayəndəsi, keçmiş təhsil naziri Armen Aşotyan Feysbuk səhifəsində yazıb.

“Ümumi sarkazm və gözlənilməzlikdən başqa iki bir-birini tamamlayan müşahidə nəticəsini yazmaq olar:

1.Ermənistanın başının üstündə, xaricdən gəlmə qara bulud dolaşır və Armen Sarkisyan qaçmağa qərar verdi.

2.Bu addımla o, Nikola ölkədə hakimiyyəti tam ələ almaq və konstitusiya dəyişikliklərini həyata keçirmək yolunu təmizlədi.

Sonda Armen Aşotyan sabiq prezidentin sadəcə “sürüşdüyünü” qeyd edib.