664c9ed6020cf202405241710

Arif Quliyevin xanımının son vəziyyəti AÇIQLANDI

"Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağır-stabil qiymətləndirilir".


Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.

O qeyd edib ki, xəstə qaraciyər sirrozu (Hepatit) diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilib.

"Müayinələrdən keçirilib, müalicələri davam etdirilir. Hemodinamikası stabildir, müsbət dinamika müşahidə edilir. Xəstənin ümumi vəziyyəti ağır-stabildir", - deyə R.Məmməd bildirib.

Əzizə İsmayılova

14:40

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağırlaşıb.

Bunu Yenicag.az-açıqlamasında Xalq artistinin oğlu Rövşən Quliyev deyib. O, uzun müddətdir ki, sirrozdan əziyyət çəkən anasının Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib:

"Anamın səhhəti ağırdır. "Semaşko"ya yerləşdirilib. Dünən müayinələr aparıldı, həkimlər əllərindən gələni edirlər. Amma anamın vəziyyəti ağır olaraq qalır. Bütün gecəni xəstəxanada qalmışıq. Dua edirik, ümidimiz Allahadır".