6761015473d9f202412244300

Antarktikadakı "Qan Şəlaləsi"nin sirri açıldı - Sən demə... - FOTO

1911-ci ildə Antarktikaya edilən bir İngilis kəşfiyyat ekspedisiyası zamanı tədqiqatçılar buzla örtülmüş bir göl üzərində "qanayan" bir şəlaləyə rast gəldilər və bu onlarda təəccüb doğurdu. 

Ölkə.az lent.az-a istinadən xəbər verir ki, qırmızı rəngdə və selikli maye olan bu fenomen, "Qan Şəlaləsi" adını aldı və mütəxəssislərin bu qorxulu rəngin səbəbini anlamağa çalışması bir əsrdən çox vaxt aldı.

"Astronomy and Space Science" jurnalında yayımlanan bir məqaləyə görə, ABŞ-li alimlərdən ibarət bir qrup, 2006-cı ilin noyabrında və 2018-ci ilin noyabrında Taylor Buzulu üzərindəki selikdən nümunələr alaraq, onları güclü elektron mikroskoplarından istifadə edərək analiz edərkən qırmızı rəngin əsl səbəbini anladılar.

Antarktikanın "Qan Şəlaləsi"nin kimyası və sızan axıntıda yaşayan mikroblar üzərində bir çox araşdırma aparılsa da, mineralogik quruluşunun tam təhlili hələ də edilməmişdi.

Tədqiqatçılar bir sıra analitik avadanlıqlar istifadə edərək, ikonik qırmızı tonu daha yaxşı izah etməyə kömək edən bir neçə gözlənilməz həqiqəti üzə çıxardılar.

"Antik mikroblardan evrildiyi düşünülən kiçik nanosferlər"

Johns Hopkins Universitetindən materialşünas Ken Livi deyir: 

"Mikroskop görüntülərinə baxan kimi, bunların kiçik nanosferlər olduğunu və dəmir baxımından zəngin olduqlarını gördüm".

İnsanların qırmızı qan hüceyrələrinin yalnız bir faizinin ölçüsündə olan bu çox kiçik hissəciklər antik mikroblardan gəlir.

Nanosferlərdə demirə əlavə olaraq silikon, kalsium, alüminium və sodyum da tapılır və bu bənzərsiz tərkib, duzlu, buzaltı su ilə uzun müddət sonra oksigen, günəş işığı və temperaturla qarışaraq qırmızı rəngə çevrilir.

Livi, "Bir mineral ola bilməsi üçün atomların çox xüsusi, kristalsı bir quruluşda olması lazımdır. Bu nanosferlər isə kristalsı deyil; bundan dolayı əvvəlki qatılı maddələri araşdırmaq üçün istifadə olunan metodlar onları tapmağa kömək etmədi," deyə izah edir.

Lakin yeni tapıntılar, Mars Yoxlayıcısı kimi robotların bəzən doğru avadanlığa sahib olmadıqda, bir planetin buzlu təbəqəsinin altında yer alan bəzi həyat formalarını aşkar edə bilməyəcəyini göstərir.

Məsələn, bu araşdırmada nanosferləri tapmaq üçün istifadə edilən spektroskopik avadanlıq Antarktikaya aparıla bilməmişdi və bunun yerinə nümunələr xarici laboratoriyalara göndərilmişdi.

Bəzi alimlər, Marsda hələ həyatın tapılmamasının mövcud texnologiyaların həyat əlamətlərinin tam üzərindən keçsə belə, onları həmişə aşkar edə bilməyəcəyindən qaynaqlandığını deyir. Araşdırmanın nəticələri də bu hipotezi dəstəkləyir.

Livi belə deyir:

"Çalışmalarımız, gəzici cihazlarla aparılan analizlərin, planetlərin səthlərindəki ətraf materialların həqiqi təbiətini müəyyən etməkdə kifayət etmədiyini göstərir. Bu, nano ölçülü və kristalsız materialların mövcud ola biləcəyinə, xüsusilə də Mars kimi daha soyuq planetlər üçün aiddir. Nəhayət, bu materialları tanıma metodlarımızın qeyri-kafi olduğunu göstərir".

Təəssüf ki, bir Mars aparatına elektron mikroskopu yerləşdirmək hazırda mümkün deyil. Bu cihazlar çox həcmlidir və çox enerji sərf edirlər; bu da nümunələrin nanoskopik həyat izlərini həqiqətən araşdırmaq lazım olduğu təqdirdə Marsdan Dünyaya geri göndərilməsini tələb edəcək.