Ananın ruhu dağıntılar altında qalan övladlarını xilas etdi - Görənlər inanmadı / VİDEO

  • Dünya
  • 14 Fevral 2023
63eb848d25999202302235437
  • Oxunub: 2107

Türkiyədə zəlzələdən sonra dağılan binanın qalıqlarını təmizləyən ekskavator sürücüsü qəribə mənzərə ilə üzləşdiyini irəli sürüb.

Kanal.az xəbər verir ki, sosial mediada yayılan videodaya görə, zəlzələdən 5 gün sonra sürücü ekskavatorla Kahramanmaraşdakı dağıntıları təmizləyərkən ona bir qadın yaxınlaşıb və dərhal dayanmasını tələb edib. Sürücünün sözlərinə görə, qadın dağıntılar altında iki qızının olduğunu deyib və onların dəqiq hansı yerdə olduğunu işarə edib. Bildirilir ki, bundan əvvəl xilasedicilər ərazidə axtarışlar aparıb və dağıntılar altındainsanların olduğuna rast gəlməyib. Dərhal əraziyə yenidən xilasedicilər cəlb edilib. Xilasedicilər qadının işarə etdiyi yerdə yenidən axtarışlar aparıb və iki qızı xilas ediblər. Ardınca uşaqları təhvil vermək üçün ana axtarılsa da ondan xəbər almaq mümkün olmayıb. Dağıntılar altından çıxan 13 yaşlı qız bildirib ki, onun anası 4 il əvvəl həyatını itirib.


Oxşar xəbərlər