644a251e34fed202304233246

Anam, gözlə məni, gələcəyəm... - Əsir hərbçimizin İrəvandan göndərdiyi MƏKTUB

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu ailəsinə çatdırılıb.

Bu barədə Modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova məlumat verib.

Onun sözlərinə görə, məktub BQXK nümayəndələri tərəfindən təqdim olunub.

"Salam anam. Mənəm Hüsü. Necəsən, anam? Vəziyyət necədir? İnşallah, gələcəyəm, anam. Gözlə. Özünə yaxşı bax. Nə olar məktub yaz mənə", - məktubda deyilir.