Ailə qurmaq istədiyi oğlanın evinə getdi: İnanılmaz hadisə ilə üzləşdi - FOTO

  • Dünya
  • 17 Yanvar 2022
61e560ec4c50e_1050498-1920x1080

Çinin Çjençjou şəhərində maraqlı hadisə baş verib.

Kanal.az xəbər verir ki, uzun müddətdir evlənmək üçün özünə uyğun oğlan axtaran qız, xalasının tövsiyyəsi ilə Çjençjou şəhərində qonaq gedib. Məlumata görə, xalası burada ona 10 namizəd göstərməyi nəzərdə tutub. Qız ilk 4 namizədi bəyənməyib. Qız 5-ci namizədi tanımaq üçün onun evinə qonaq gedib. Maraqlı hadisə də elə bu zaman baş verib. Qız, oğlanı bəyənib. Oğlanın sakit və ev işləri ilə məşğul olması qızın xoşuna gəlib. Maraqlısı budur ki, qız oğlanın evində olarkən, yerli dairələr şəhərdə pandemiya ilə əlaqədar karantin elan edib. Polislər məhəllələrə yerləşərək, sakinlərin evlərini tərk etməsinə müvəqqəti icazə verməyib.

Nəticədə qız, oğlanın evində qalmalı olub. İndi onlar evlənmək üçün karantinin bitməsini gözləyir. Çinli qız hadisə barədə sosial mediada məlumat verib.

Oxşar xəbərlər