66661eaa2321f202406242914

Ağrını yüngülləşdirməyin 5 qaydası

Qeyri-steroid iltihabəleyhinə preparat yaxud QSİƏP – bir çox xroniki xəstəliklər və ya kəskin vəziyyətlər zamanı ağrını aradan qaldırmaq və xəstəliyin gedişatını yüngülləşdirmək üçün istifadə olunan böyük dərman vasitələri qrupudur.

 

Qeyri-steoid iltihabəleyhinə preparatların təsir mexanizmi iltihab mediatorları qrupu adlanan prostaqlandinlərin hasilatının azalmasına yönəlib. Bu maddələr toxumaların zədələnməsi ocağında hasil olunur və iltihab prosesində iştirak edir, yəni damar divarının keçiciliyini artırır, kapilyarları genişləndirir, eritemanın, ödemin və ağrının yaranmasına səbəb olur. QSİƏP-lar onların hasilatını azaltmaqla əsas farmakoloji təsirlərini ifadə edir – iltihabəleyhinə, ağrıkəsici və qızdırmasalıcı. QSİƏP preparatlarına olan tələbatın daim artmasına baxmayaraq onların səmərəli və təhlükəsiz seçimi üçün kifayət qədər məhdudiyyətlər var.

QSİƏP istifadəsinin 5 qaydası

 

  1. QSİƏP-ın təyin edilməsi üçün əsas göstəriş kəskin və ya xroniki ağrıdır

QSİƏP-ın istifadə edildiyi patologiyalar:

revmatik xəstəliklər – revmatizm, revmatoid artrit; podaqrik və psoriatik artritlər, ankilozedici spondilit (Bexterev xəstəliyi), Reyter sindromu;

dayaq-hərəkət aparatının qeyri-revmatik xəstəlikləri – osteoartroz, miozit, tendovaginit;

travma (məişət, idman);

nevroloji xəstəliklər – nevralgiya, radikulit, işias, lümbaqo;

böyrək, qara ciyər sancısı;

dismenoreya;

müxtəlif etiologiyalı ağrı sindromu.

 

  1. QSİƏP daha münasib qəbul üsulu – peroral qəbuldur

QSİƏP-ın inyeksiya formaları kəskin ağrının müalicəsi üçün yalnız qısa müddət istifadə olunur (3 gündən artıq olmayaraq). Preparatların əzələdaxili yeridilməsindən sonra septiki fəsadların yaranması haqqında məlumatlar az deyil (absses, nekrozedici fassiit, irinli miozit, sepsis).

Şamların təyin edilməsi yalnız peroral qəbul mümkün olmadıqda və ya bu preparatların yerli qıcıqlandırıcı təsiri ilə bağlı dispepsiyanı azaltmaq üçün məqsədəuyğundur.

İnyeksiya və şam kimi rahatsız olan QSİƏP formalarından imtina etmək üçün dəlil unikal farmakokinetikası sayəsində həbləri inyeksiyalarla bərabərləşdirən müasir preparatların mövcudluğudur. “Gedeon Richter” şirkətinin istehsalı olan AERTAL (aseklofenak) preparatının molekulu 100%-lik biomənimsənilməyə malikdir, effektinin başlanma sürətinə görə AERTAL tabletləri inyeksiyalara uyğundur. AERTAL tabletləri 100 mq dozada sutkada 2 dəfə təyin edilir.

 

  1. Yerli formalar (məlhəm və gel) səthi yerləşən yumşaqtoxumalı strukturların iltihablaşması ilə bağlı lokal ağrılara qarşı istifadə olunur.

 QSİƏP-ın yerli terapiyası peroral qəbula əlavə olaraq və ya yüksək fəsadlaşma riskinə görə sistem istifadəsi mümkün olmadıqda məqsədəuyğundur.

Lokal QSİƏP lazımdırsa, hansı buraxılış forması seçilsə yaxşıdır: gel, məlhəm və ya krem?

Gel – jeleyəbənzər dərman formasıdır, hidrofil, yəni sulu əsaslarda buraxılır.

Məlhəmin hazırlanması üçün əsas olaraq kimyəvi neytral, yumşaq, yağlı və dəriyə çətin sirayət edən sıx maddələrdən istifadə olunur. Xroniki proseslərdə və ya zədələnmiş sahədə quruluq, qabıqlaqma və ya pulcuqlar olduqda istifadə edilir. Məlhəmlərin yağlı əsası buynuz qatını yumşaldaraq onun təsir maddəsi üçün keçiciliyini artırır. Bununla belə onların gündəlik istifadəsi çətindir, çünki səthin üzərində yağlı və yapışqan, qurumayan iz qalır.

Kremlərin emulsiyalı əsası yüngül konsistensiyalıdır, dəridə yalnız yüngül yağlı iz qoyur. AERTAL kremin əsasını təşkil edən emulsiya mumu və maye parafin kremin konsistensiyasını yaxşılaşdırır və təsir maddəsinin bərabər sorulmasına şərait yaradır. Emulsiya mumu dərini nəmləndirir və qidalandırır, amma üzərində yağlı iz buraxmır. Geldən fərqli olaraq krem təsir maddəsini ağrılı sahədə daha uzun müddət saxlayır. AERTAL kremi ağrılı sahəyə gündə üç dəfə yumşaq massaj hərəkətləri ilə çəkilir. Çəkilən doza zədələnmiş sahənin ölçüsündən asılıdır, belə ki, 1,5–2 q krem 5–7 sm-lik sahəyə bərabərdir.

 

  1. Xroniki ağrı zamanı konkret preparatın effektivliyini qiymətləndirmək üçün onu 2 həftədən az olmayaraq tam terapevtik dozada istifadə etmək lazımdır.

 2003-cü ildə Avropa (Avstriya, Almaniya, Yunanıstan, Belçika) observasion koqort tədqiqatın nəticələri bəyan edilmişdir. Tədqiqatın məqsədi iltihab mənşəli ağrılar zamanı gündəlik təcrübədə AERTALın istifadəsini öyrənmək idi. Həkimə ilk gəlişdə ağrının intensivliyi ağır olaraq 41% xəstələrdə, ikinci gəlişdə 5% xəstələrdə, üçüncü gəlişdə 2% xəstələrdə qeyd olunmuşdur. AERTALın qəbulu fonunda ağrıkəsici effekt tez baş verirdi və bütün müşahidə dövrü davam edirdi.

 

  1. Konkret preparatın seçimi dərman fəsadlarının riskinə əsaslanmalıdır

Müqayisəli SAMM tədqiqatının nəticələri (Safety Assessment of Marketed Medicines) revmatoidli artrit, osteoartroz və ankilozedici spondiloartritli 10 mindən artıq pasiyentin iştirakını əhatə edirdi. Nəticələr göstərir ki, AERTALın istifadəsi həzm traktına daha az mənfi təsir göstərir və daha yaxşı mənimsənilir. Belə kiAERTAL alan xəstələrdə preparatın ləğv edilməsinə səbəb olan qarın ağrısı, diareya və ürəkbulanma halları 2 dəfə az qeyd olunurdu. Qastroskopik müayinənin nəticələri göstərir ki, AERTALın istifadəsi zamanı selikli mədə qişasında qeksozaminin miqdarı artırdı və lokal qan dövranı dəyişmirdi, diklofenak qəbulu isə hər iki göstəricini pozurdu (Huskinsson E.C., Irani M., Murray F., 2000).

 

QSİƏP-ın qara ciyər funksiyasına potensial neqativ, hələ tam öyrənilməyən təsiri xüsusi narahatlıq törədir. Demək olar ki, bütün QSİƏP-lar bu və ya digər dərəcədə hepatotoksikdir. Əksər hallarda qara ciyərin toksik zədələnməsi transaminazların səviyyəsini artırır. 2007 ildə ÜST məlumatlar bazasında nimesulid alan pasiyentlərdə hepatobiliar sistemi tərəfindən 320 mənfi dərman reaksiyası halları qeyd olunmuşdur. AEROPLAN tədqiqatı (artritin aseklofenak və nimesulid ilə müalicəsi zamanı effektivliyin və fəsadlaşma riskinin təhlili) AERTAL preparatının minimal hepatotoksik riskini təsdiq edir (0.9% – 2.5% qarşı).

 

Qeyd etmək lazımdır ki, bütün QSİƏP-lar hialin qığırdağının metabolizminə mənfi təsir göstərir və 50 yaşdan yuxarı şəxslərin 50%-ni zədələyən osteoartrozun proqressivləşməsinə səbəb olur. Məlumdur ki, osteoartroz zamanı patoloji proses ilk növbədə hialin qığırdağında lokallaşır. AERTAL xondrositləri stimulyasiya etməklə hüceyrəarası qığırdaq maddəsini artırır (proteoqlikanlar, qlikozaminqlikanlar və kollagen), qığırdağın tamdəyərli funksiyasını bərpa edir, xondrositlərin vaxtından əvvəl məhv olmasını ləngidir.

 

Göründüyü kimi, göstərdiyi təsirlərə görə AERTAL­ mənsub olduğu qrupa aid dərman vasitələri arasında daha aktual seçimdir. Onun üstünlüyü analgetik effektin tez baş verməsi, bədən tərəfindən yaxşı götürülməsi, ahıl yaşda istifadəsi, xroniki xəstəliklərin davamlı müalicəsinə yararlığıdır.

-ailehekimi