Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...
Hazırda tut növlərindən ən zərifi, ən dadlısının mövsümüdür. Şirəli ağ tut uşaqdan yaşlıya insan orqanizmi üçün saysız-hesabsız faydalara malikdir. Başqa meyvələri alıb masaya düzüb yeməyə öyrəşdiyimizdən, ağacdan ayrılandan sonra ömrü az olan bu meyvəni arada –bərədə 1 stəkan yeməklə kirfayətlənirik. Halbuki mövsümündə istər ağ, istər qara tut gün ərzində azı 100 qr yeyilməlidir.
"Qafqazinfo" Medicina.az-a istinadən ağ tutun 10 maraqlı faydasını təqdim edir.
1. Qan əmələ gətirir, qanazlığında yeyin
Ağ tutda dəmirin miqdarı çox olduğundan yaxşı qan yaradıcı xassəyə malikdir, qanın keyfiyyətini artırır. Ona görə anemiya, qan azlığı olanlar bu meyvədən ilboyu təzəsini və qurusunu yesin
2. Tərlədici, bəlğəmgətiricidir
Orqanizmdə yığılıb qalmış seliyi, bronxlardan bəlğəmi çıxarır, şirəsi öskürəyi kəsir, tərlədicidir. Bu məqsədlə tutun şirəsini için. Yarpaqları da, qabıqları da eyni təsir edir.
3. İmminiteti möhkəmlədir
Tez-tez xəstələnən, zəif insanlar yay-qış yesin. İmmuniteti qaldırır, orqanizmi səfərbər edir, maddələr mübadiləsini yaxşılaşdırır, insanı qüvvətləndirir
4. Qaraciyəri təmizləyir
Ağ tut qaraciyəri toksinlərdən təmizləyir, işini yaxşılaşdırır, qaraciyər hüceyrələrini yeniləyir
5. Ürək, qan-damar sağlığını qoruyur
Qanı təmizlədiyindən, damarlardan pis xolesterini yuyur, ürəyə qanın normal işləməsini təmin edir, nəticədə ürək yorulmur. Tut ürək infarktı riskini azaldır, iflici önləyir6. Görməni yaxşılaşdırır
Tut şirəsi kompüterdə işləyən insanın gözləri üçün çox lazımdır. Uzun müddət radiasiya və işığa məruz qalan gözlər üçün bol A vitamini mənbəyidir. Retinapatiya və görmə zəifləməsini yaradan sərbəst radikalları zərərsizləşdirir.
7. Böyrəkləri təmizləyir
20 qram ağ tut bir stəkan suda 20 dəqiqə saxlanılıb içiləndə sidikqovucu təsir edir. Sidik kisəsi, sidik yolları, böyrəkləri tut şirəsi yuyur.
8. Xərçəngə qarşıdır
Tutun tərkibində olan antioksidantlar xərçəngə yoluxma riskini azaldır, xərçəngə tutulmuş insanda isə şişlərin azalmasına səbəb olar. Xüsusən prostat xərçənginə qarşı təsirlidir.
9. Qanda şəkəri tənzimləyər
Çox insanlar tut şirindir deyə, diabet xəstələrinə olmaz deyə düşünür. Lakin Amerika Diabet Dərnəyi 20 insan üzərində apardığı təcrübənin nəticəsində məlum oldu ki, tut qanda qlükoza səviyyəsini düşürür.
10. Dərini gözəlləşdirir
Tut antioksidant mənbəyi olduğundan dərinin gəncləşməsini, nəmlənməsini təmin edir, dəri xəstəliklərində sağaldıcı təsiri var. Çox quru dərilərə tut yarpaqlarını əzib zeytun yağı ilə qarışdırıb maska edirlər.
Tut dərini qoruyur, dəri xərçənginə qarşı təsirlidir.
Eləcə də saçları sağlamlaşdırır. Tutu qaynadıb suyunu saç köklərinə çəkib, saçları yaxalayın.
Bütün bu faydaları əldə etmək üçün, il boyu həm ağ, həm qara tutu özünüzdən əsirgəməyin.
- Sağlamlıq
- 12 May 2024