
Afaq Bəşirqızı ilə Almaz Ələsgərova arasında nə baş verib? - "Qələti sən özün edirsən"
Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızı ilə Əməkdar artist Almaz Ələsgərova arasında Akademik Musiqili Teatrında mübahisə düşüb.
Məsələ ilə bağlı Axşam.az A.Ələsgərova ilə əlaqə saxlayıb. Müğənni A.Bəşirqızı ilə dalaşmasını inkar etməyib:
“Olan oldu, keçən keçdi. Biz onunla əməkdaşıq, hər bir işdə belə hadisə olur. Bu haqda danışmaq istəmirəm. Belə bir hadisə baş verib, verməyib danışmayacağam”.
Qeyd edək ki, “Qaynarinfo”nun məlumatına görə, hadisə mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib. Qalmaqala səbəb A.Ələsgərovanın saqqız çeynəməsi olub. A.Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan “bu qələti edən kimdir?” deyə, iştirakçılara səslənib. Bu zaman A.Ələsgərova “qələti sən özün edirsən” cavabını verib.
***
Akademik Musiqili Teatrında qalmaqal yaşandığı iddia olunur.
Kanal.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib.
Qalmaqal isə Xalq artisti Afaq Bəşirqızı ilə teatrın aktrisası, müğənni Almaz Ələsgərova arasında yaşanıb. Buna səbəb isə A.Ələsgərovanın saqqız çeynəməsi olub.
A.Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan "bu qələti edən kimdir?" deyə, iştirakçılara səslənib. Bu zaman A.Ələsgərova "qələti sən özün edirsən" cavabını verib.
Qeyd edilir ki, bundan sonra Bəşirqızı ilə Ələsgərova arasında gərginlik yaşanıb. Qalmaqal yalnız nazir A.Kərimlinin teatra girişindən sonra səngiyib.
Sayt məsələ ilə bağlı Afaq Bəşirqızı ilə əlaqə saxlayıb. Xalq artisti açıqlamasında "Onu deyən qələt edir. Almaz hara, mən hara?!" - deməklə kifayətlənib.
- Gündəm
- 22 Aprel 2025