64268804c2a59202303231308

Ad günündə tanımadığı şəxsdən aldığı məktubu oxuyan Lalə ağladı - VİDEO

Dünən 41 yaşını qeyd edən tanınmış aparıcı Lalə Azərtaşa canlı yayımda məktub və hədiyyə gəlib.

Kanal.az xəbər verir ki, aparıcı "Xəzan axşamı" verilişində həmin məktubu oxuyub.

Məlum olub ki, məktubu aparıcını sevən 78 yaşlı Nazilə adlı qadın olub. O məktubda qeyd edib ki, heç vaxt övladı olmayıb: "Səni həmişə efirdə görəndə elə bil öz doğma qızmı görürəm. Çox təəssüf ki, mənim heç övladım olmayıb".

Aparıcıya üzük göndərən qadın nənəsindən anasına və ona qalan üzüyü hədiyyə verib. Lalə Azərtaş da bildirib ki, həmin üzüyü övladına verəcək. / Metbuat.az