.jpg)
“ABŞ Qafqazı itirmək istəmir, Rusiya isə gücünü bərpa edib...” - ŞƏRH
“Hazırda Qarabağ ətrafında diplomatik aktivlik, qaynarlıq müşahidə edilir. Mən deyərdim ki, bu aktivləşmənin səbəbi Azərbaycan dövləti, ölkə prezidentidir. Bizim dövlətin indiki siyasi xətti Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirib. Üstəlik başqa dövlətləri də düşünmək məcburiyyətində qoyub ki, Qafqazın gələcəyi ilə bağlı perspektivlərini müəyyən etsin. Odur ki, fəallaşma, aktiv danışıqlar gözlənilən proses idi”.
Kanal.az xəbər verir ki, bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev ATƏT-in Minsk Qrupunun tarix olmasından sonra bu qrupda təmsil olunan dövlətlərin ayrı-ayrılıqda Qarabağ mövzusunda fəallaşmasını şərh edərkən deyib.
Politoloq indiki dövrdə keçmiş həmsədr dövlətlərin fəallaşmasına səbəbi aşağıdakı formada izah edib: “ABŞ Qafqazı itirmək istəmir, əksinə burada qalmaqda maraqlıdır. Rusiya Cənubi Qafqazda öz əvvəlki siyasi gücünü bərpa etmək istəyir. Avropa İttifaqı da bilavasitə ABŞ-ın köməyi ilə regionu Rusiyanın nəzarətindən çıxarmaq istəyir. Odur ki, indi fəallaşma və həm də paralel rəqabət müşahidə olunur”.
Cümşüd Nuriyev deyib ki, müəyyən gözləntilər haqqında danışmaq olar: “Azərbaycan bu döyüşü udub, qalib tərəfdir. Bütün hallarda Azərbaycanın sözü keçərlidir. Brüssel görüşü də bunu göstərib. İstənilən qüvvə, tərəf bu məsələdə Azərbaycanla hesablaşmalıdır”.
- Siyasət
- 28 Aprel 2022