Polşaya gələn amerikalı əsgərlər Ukrayna ilə sərhəd yaxınlığında təlimlərə başlayıblar.
Kanal.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak Tvitter səhifəsində yazıb.
"18-ci Mexanikləşdirilmiş Diviziyanın əsgərləri Polşanın cənub-şərqində 82-ci Hava Desant Diviziyasının amerikalı əsgərləri ilə birgə təlimlərə başlayıblar", - o Tvitterdə yazıb.