62078ceecaed5_kiyev

ABŞ diplomatlarını Kiyevdən çıxarır - TƏCİLİ

ABŞ öz diplomatlarını Kiyevdən çıxarmağa hazırlaşır.

Kanal.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Agentlik iddia edib ki, Dövlət Departamenti bu gün diplomatlarının Kiyevdən təxliyəsini rəsmən elan edəcək.

Bildirilib ki, çox az sayda ABŞ diplomatı Ukraynada qalacaq, onlar isə Polşa sərhədinə yaxın əraziyə köçürüləcək.

TASS məlumatı şərh etmək üçün Dövlət Departamentinə rəsmi sorğu versə də, hələlik, cavab yoxdur.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ABŞ vətəndaşlarını 24-48 saat ərzində Ukraynanı tərk etməyə çağırmışdı. O, həmçinin, ABŞ-ın Kiyevdəki diplomatlarının sayının da ixtisar ediləcəyini təsdiqləmişdi. //axar.az