64784dfab6d84202306235122

ABŞ-də Rəsulzadə ilə bağlı film nümayiş etdirildi

28 May Azərbaycanın Müstəqillik Günü ilə bağlı ABŞ-də tədbir təşkil olunub.

Vaşinqton şəhərində keçirilən mərasimdə  “ABŞ-Azərbaycan Ticarət Palatasının” dəstəyi ilə Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən "Ən səmimi sevgi ilə" ilə filmi nümayiş olunub.

Sözügedən sənədli film Məhəmməd Əmin Rəsulzadənin həyat-fəaliyyətindən bəhs edir. Yerli və xarici qonaqlar tərəfindən maraq və sevgiylə qarşılanan ekran işi “Caspian Media Group” tərəfindən lentə alınıb. İlk dəfə Azərbaycanda geniş kütləyə təqdim olunan film daha sonra Amsterdam, Ankara, İzmir şəhərlərində nümayiş olunub.