Zelenski

ABŞ-dan Ukraynaya İNANILMAZ TƏKLİF: Zelenski qəbul edəcəkmi?

ABŞ rəhbərliyi Ukraynaya 1 milyard dollara qədər suveren borc zəmanəti təqdim etməyi təklif edib.

Kanal.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenin bəyanatında bildirilib.

Məlumata görə, burada məqsəd Ukraynadakı islahatları dəstəkləməkdir.

“ABŞ hakimiyyəti Ukraynanın iqtisadi islahatlar proqramını dəstəkləmək və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığın davam etdirilməsi üçün ölkəyə 1 milyard dollara qədər suveren kredit zəmanəti təklif edir”, – deyə bəyanatda qeyd olunub.

Bildirilir ki, bu təklif Ukraynanın iqtisadi sabitliyi təmin etmək imkanlarını gücləndirəcək.