yanğın

ABŞ-da dəhşətli yanğın: 200 yanğınsöndürən cəlb edildi

ABŞ-ın Passaik şəhərindəki kimya zavodunda baş verən yanğın nəticəsində həyəcan səviyyəsi 11-ə yüksəlib.

Kanal.az xəbər xəbər verir ki, yanğının söndürülməsi üçün müdaxilələr davam edir.

Passaik şəhərində kimya zavodunda yanğın baş verib. Hadisə yerinə çox sayda yanğınsöndürən göndərilib.

Bölgədə bəzi küçələr nəqliyyatın hərəkətinə bağlansa da, alov qısa müddətdə böyüyərək obyektin böyük hissəsini bürüyüb. Passaik meri Hektor C. Lora alovun digər binalara keçdiyini vurğulayarkən sakinləri pəncərələrini bağlı saxlamağa və evdə qalmağa çağırıb.

Yanğının hansı səbəbdən başladığı bilinməsə də, hazırda 200 yanğınsöndürən prosesə cəlb edilib.