ABŞ ciddi olduğunu nümayiş etdirir: 90 tona yaxın... - MOSKVA TƏLAŞDA
ABŞ-dan Ukraynaya birinci əlavə hərbi yardım göndərilib.
Kanal.az xəbər verir ki, məlumat ABŞ-ın Ukraynadakı səfirliyinin tviter səhifəsində paylaşılıb.
Bildirilib ki, 90 tona yaxın uçuş aparatı, o cümlədən Ukraynanın cəbhə xəttinin müdafiəçilərinə döyüş sursatı göndərilib.
“Bu yardım Rusiyanın artan təcavüzü fonunda ABŞ-ın Ukraynanın müdafiə qabiliyyətini gücləndirməsinə sədaqətli qaldığını nümayiş etdirir”, səfirlikdən vurğulanıb.//report
- Dünya
- 22 Yanvar 2022